Cəmiyyət

84 yaşlı Anar: “Bundan sonra hələ 5 il sədr kimi fəaliyyət göstərəcəyəm”

Yenidən Azərbaycan Yazıçılar Birliyinin sədri seçilən 84 yaşlı yazıçı Anar Rzayev mətbuatdan narazıdır.

APA xəbər verir ki, Anar mətbuatın AYB ilə bağlı qərəzli mövqe bəslədiyini qeyd edib.

“Mətbuatın zəhərlərini uda-uda yaşaya bilsəm, bundan sonra hələ 5 il sədr kimi fəaliyyət göstərəcəyəm .Mətbuatdan xahiş edirəm ki, AYB-yə düşmən münasibəti bəsləməsinlər. Bizə qarşı, AYB-yə qarşı qərəzli yazılar yazmasınlar, hər şeyi tərsinə yozmasınlar. Ən əsası, bir az obyektiv və insaflı davransınlar”, – Xalq yazıçısı vurğulayıb.

Bənzər yazılar

Back to top button