İdman

Erməni əsilli futbolçu “Qarabağ”la oyun üçün siyahıda: “Qarabağ” erməni təxribatı ilə bağlı UEFA-ya müraciət edib

“Nant” Avropa Liqasının qrup mərhələsinin 5-ci turunda “Qarabağ”la keçircəyi matç üçün iştirak ərizəsini açıqlayıb.

Qol.az klubun saytına istinadən xəbər verir ki, baş məşqi Atuan Kombuare sihahıya 23 futbolu daxil edib. İştirak ərizəsində erməni əsilli orta xətt oyunçusu Qor Manvelyan da yer alıb.

Qapıçılar: 1. Alban Lyafon, 16. Remi Deskam, 30. Denis Petriç

Müdafiəçilər: 2. Fabio, 3. Andrey Cirotto, 4. Nikolya Pallua, 12. Dennis Appia, 21. Jan-Şarl Kastelletto, 24. Sebastyan Korşya

Yarımmüdafiəçilər: 5. Pedro Çirivelya, 8. Samüel Mutussami, 10. Lüdovik Blas, 17. Mussa Sissoko, 19. Məhəmməd Açi, 22. Qor Manvelyan, 29. Kenten Merlen

Hücumçular: 7. Evann Gessan, 11. Markus Koko, 14. İqnatius Qanaqo, 27. Moyzes Simon, 31. Mustafa Məhəmməd, 55. Abdul-Kader Bamba

Sabah keçiriləcək “Nant” – “Qarabağ” matçı Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Qeyd edək ki, UEFA Avropa Liqasının qrup mərhələsinin 5-ci turunda sabah keçiriləcək “Nant” – “Qarabağ” oyununa təhlükəsizlik üzrə xüsusi nümayəndə təyin edib.

Sayt xəbər verir ki, buna səbəb “Qarabağ” klubunun sabahkı oyunda baş verə biləcək mümkün erməni təxribatı ilə bağlı quruma müraciətidir.

Bu gün məsələ ilə əlaqədar iclas keçirilib. “Nant” tərəfi sabahkı oyunda heç bir təxribatın törədilməyəcəyi ilə bağlı zəmanət verib.

Bənzər yazılar

Back to top button