Siyasət

Azərbaycan XİN İrana terror aktı ilə bağlı başsağlığı verib

Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) İranda törədilən terror aktı ilə bağlı başsağlığı verib.

Bu barədə “Report” XİN-in tviter hesabına istinadən xəbər verir.

“İranın Şiraz şəhərindəki Şah Çeraq məscidində baş verən terror aktına təəssüf edirik. Həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verir, yaralananların tezliklə sağalmasını arzu edirik.

Azərbaycan terrorla üzləşmiş bir dövlət olaraq onun bütün forma və təzahürlərini qəti şəkildə pisləyir”, – XİN bildirib.

Bənzər yazılar

Back to top button