Dünya

Məşhurların olduğu təyyarə qəzaya düşdü: Çox sayda ölü var (VİDEO)

Konqo Demokratik Respublikasının Qoma şəhərində sərnişin təyyarəsi qəzaya uğrayıb.

Qaynarinfo xəbər verir ki, qəza nəticəsində ölənlərin sayı 30-a çatıb.

“Busy Bee” şirkətinə məxsus layner havaya qalxandan bir neçə dəqiqə sonra idarəetmədən çıxaraq, evlərin üzərinə düşüb. Ardınca güclü yanğın baş verib. Hadisə zamanı təyyarənin göyərtəsində 2 pilot və 19 sərnişin olub. Onların hamısı dünyasını dəyişib. Ölən digər şəxslər isə qəza zamanı mənzildə olan sakinlərdir.

Məlumata görə, təyyarədəki şəxslərin bəziləri ölkənin tanınmış simaları olub. Lakin onların kimliyi hələlik açıqlanmır.

Bənzər yazılar

Back to top button