GündəmSiyasət

ABŞ: Əliyev və Paşinyan “onlar üçün ən faydalı formatda görüşə bilər”

Çərşənbə günü ABŞ Dövlət Departamenti Azərbaycan və Ermənistan liderlərini “onlar üçün əlverişli olan istənilən formatda görüşməyə” çağırıb. Bunu Vaşinqtonda brifinq zamanı Dövlət Departamentinin nümayəndəsinin müavini Vedant Patel bildirib.

“Dövlət katibi Entoni Blinken qeyd edib ki, ABŞ Ermənistanla Azərbaycan arasında sülh danışıqlarına sadiqdir və biz hər iki lideri onlar üçün əlverişli formatda görüşməyə çağırdıq”, – Patel oktyabrın 31-də Soçidə Vladimir Putinin iştirakı ilə keçiriləcək Əliyev- Paşinyan görüşü ilə bağll Turan-ın müxbirinin sualının cavabında deyib.

“Bizim nöqteyi-nəzərimiz ondan ibarətdir ki, birbaşa dialoq bu məsələlərin həlli və davamlı sülhə nail olmaq üçün açardır”, – o qeyd edib.

“Cənubi Qafqazda üç ölkənin suverenliyi və müstəqilliyində, o cümlədən 1991-ci ildə Sovet İttifaqı dağılandan sonra Ermənistan, Azərbaycan və Gürcüstanın müstəqilliklərinin bərpasında ABŞ-dan böyük tərəfdar yoxdur. Bu, ölkələrin hər birinin öz xarici siyasi maraqlarını və suverenliyini həyata keçirmək hüququna zəmanət verib”.

Bənzər yazılar

Back to top button