Hadisə

Bəxtiyar Hacıyevin həbs müddəti daha 3 ay uzadılıb

Bu gün Xətai Rayon Məhkəməsi ictimai fəal Bəxtiyar Hacıyevin həbs müddətini daha 3 ay uzadıb. Müdafiə bu qərarı qanunsuz hesab edib. Vəkillərin sözlərinə görə, indi Hacıyevin məhkəməyəqədər həbs müddəti 13 ay, istintaq müddəti isə 16 ay olacaq ki, bu da ona qarşı irəli sürülən ittihamın ağırlığına uyğun gəlmir. Müdafiə tərəfi apellyasiya şikayəti verəcək.

*Bəxtiyar Hacıyev 2022-ci il dekabrın 9-da xuliqanlıq və məhkəməyə hörmətsizlik ittihamı ilə həbs edilib.

Dekabrın 15-də Hacıyev azadlığa buraxılması tələbilə aclığa başlayıb və ictimaiyyət nümayəndələrinin təkidli müraciətlərindən sonra dekabrın 28-də aclığı dayandırıb. Yanvarın 9-da Bakı Apellyasiya Məhkəməsi onun azadlığa buraxılma xahişini təmin etmədikdən sonra aclığı bərpa edib və aksiyanın 51-ci günündə onu dayandırıb.

Bu il iyunun 16-da istintaq orqanı Bəxtiyar Hacıyevə qarşı Cinayət Məcəlləsinin 192-ci (Qqnunsuz sahibkarlıq), 193-cü (yalançı sahibkarlıq), 320.1-ci (hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədilə saxtalaşdırma və ya qanunsuz hazırlama, yaxud bu cür sənədi satma, habelə eyni məqsədlə Azərbaycan Respublikasının saxta dövlət təltifini, ştampı, möhürü, blankı hazırlama və ya satma), 320.2-ci (bilə-bilə saxta sənədlərdən istifadə etmə), 206.1-ci (qaçaqmalçılıq) maddələrilə ittiham irəli sürüb.

Yeni ittihamlar Bəxtiyar Hacıyevin qrant alması və onu təyinatı üzrə xərcləməməsilə bağlıdır.

ABŞ Dövlət Departamenti, ABŞ Helsinki Komissiyası, Avropa İttifaqı, Avropa Şurası və bir sıra beynəlxalq qeyri-hökumət təşkilatlarının nümayəndələri dəfələrlə Bəxtiyar Hacıyevin azadlığa buraxılmasını tələb ediblər.(Turan)

Bənzər yazılar

Bunu da oxu
Close
Back to top button