İdman

“Roma”nın baş məşqçisi: “Texniki baxımdan “Qarabağ”ı üstələyirik”

“Qarabağ”la oyunöncəsi “Roma”nın baş məşqçisi Eysebio Di Françeskonun mətbuat konfransı keçirilib. Fanat.Az xəbər verir ki, mütəxəssis konfransa gecikdiyi üçün sözlərinə üzrxahlıqla başlayıb:

“Hansısa komandaya qarşı xüsusi hazırlığımız olmur. Bütün futbolçularımız bizim üçün dəyərlidi. “Qarabağ”a böyük hörmətim var. Bilirəm ki, onlar bu yerə böyük əziyyətlə gəliblər. Bizim üçün çətin oyun olacaq. Çalışacağıq ki, meydana tam hazır futbolçular çıxsın. Əl Şaravi tez sağaldı və oynamağa hazırdı. Onun əvəzləyicisi kimi futbolçularımız var. Amma ən hazırlıqlı olan sabah meydana çıxacaq.

İtaliya klublarının ÇL-də autsayder olması fikriylə razı deyiləm. Zaman-zaman yaxşı çıxış etmişik. Məğlubiyyətlərin isə fərqli səbəbləri olub.

Qrupdakı bütün rəqiblər çətindi. Texniki baxımdan “Qarabağ”ı üstələyirik. Sona qədər mübarizə aparacayıq və hansısa güzəştdən söhbət gedə bilməz.

Mahir Mədətovu izlədiyimiz barədə xəbərlər düzdü. Yaxşı futbolçudu. Amma sabah öz oyunumuzu düşünürük. Mahirin yaxşı zərbələri var, “Qarabağ”da digər futbolçular var ki, təhlükəlidilər”

Bənzər yazılar

Back to top button