Siyasət

Prezident İlham Əliyev Aleksey Overçuku qəbul edib

Cümə axşamı prezident İlham Əliyev Rusiya baş nazirinin müavini Aleksey Overçuku qəbul edib.

Görüş zamanı ikitərəfli münasibətlərin dinamik inkişafından və Azərbaycanla Rusiya Federasiyası arasında müxtəlif sahələrdə, o cümlədən ticarət-iqtisadi, nəqliyyat, energetika sahələrində əməkdaşlığın hazırkı vəziyyətindən məmnunluq ifadə olunub.

Həmçinin,bütün istiqamətlər üzrə irəliləyişin əldə olunduğu, əmtəə dövriyyəsinin artdığı qeyd edilib, Azərbaycan prezidentinin saytı bildirib.

Bütün növ saytların yığılması - EMBLEM.AZ saytlarin yigilmasi

Şimal-Cənub nəqliyyat dəhlizilə bağlı fikir mübadiləsi aparılıb.

Söhbət zamanı Azərbaycan, Rusiya və Ermənistan liderlərinin 10 noyabr 2020-ci il tarixli bəyanatına uyğun olaraq regionda nəqliyyat- iqtisadi əlaqələrin bərpası məqsədilə yaradılmış üçtərəfli işçi qrupunun fəaliyyəti müzakirə edilib.

Görüşdə həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Bənzər yazılar

Back to top button