Dünya

Putin KTMT-nin monitorinqinin yekunlarının müzakirəsində iştirak edəcək

Cümə günü Rusiya prezidenti Vladimir Putin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Kollektiv Təhlükəsizlik Şurasının növbədənkənar sessiyasında videobağlantı vasitəsilə iştirak edəcək, onun mətbuat katibi Dmitri Peskov bildirib.

Sessiyada Ermənistan-Azərbaycan sərhədində vəziyyətin gərginləşməsilə əlaqədar sentyabrın 15-də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Ermənistandakı missiyasının işinin nəticələrinin müzakirəsi planlaşdırılır.

Həmçinin Ermənistana birgə yardım tədbirlərinin nəzərdən keçirilməsi gözlənilir. TASS bildirib.(Turan)

Bənzər yazılar

Back to top button