İdman

Levandovski: “Barselona”ya keçdiyimə görə peşman deyiləm”

“Barselona”nın hücumçusu Robert Levandovski Kataloniya klubuna keçmək qərarından peşman olmadığını bildirib.

Qol.az xəbər verir ki, o, “L’Equipe” nəşrinə açıqlamasında deyib:

“Mən doğru zamanda doğru yerdəyəm. Möhtəşəm klubda olduğum üçün xoşbəxtəm, böyük emosiyalar hiss edirəm. Mən həmişə uğurlara acam”.

Qeyd edək ki, Levandovski bu ilin yayı “Bavariya”dan “Barselona”ya transfer olub.

Xatırladaq ki, Kataloniya təmsilçisi Çempionlar Liqasının qrup mərhələsinin 5-ci turunda “Bavariya”ya 0:3 hesabı ilə uduzub və komandanın qrupda qalacağı və mübarizəni Avroliqada davam etdirəcəyi dəqiqləşib.

Bənzər yazılar

Bunu da oxu
Close
Back to top button