Dünya

Mariya Zaxarova Ermənistana xəbərdarlıq etdi

Rusiya diplomatik kanallar vasitəsilə Zatulin və Simonyanın Ermənistana giriş qadağasının aydınlaşdırılması üçün İrəvana müraciət edib.

Qaynarinfo TASS-a istinadən xəbər verir ki, bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.

“Biz bu cür bəyanatları və ya mesajları çaşqınlıqla qəbul edirik. Dərhal diplomatik kanallar vasitəsilə bu məsələ ilə bağlı təsdiq və aydınlıq gətirmək üçün müraciət etdik”, deyə XİN rəsmisi bildirib.
Zaxarova qeyd edib ki, Moskvanın bundan sonrakı addımları və reaksiyası İrəvandan rəsmi cavab aldıqdan sonra müəyyənləşəcək: “Biz ondan çıxış edirik ki, təsdiq olunarsa, bu addımı dostluqdan kənar və müttəfiqlik münasibətlərinə zidd hesab edəcəyik. Onlar ictimai xadimlərdir. Mən bu gün Qərbin iki ölkə arasındakı münasibətləri kəsməyə çalışdığı zaman süni səbəblərin gündəmə gəlməsini istəməzdim”.

“Əlbəttə, Qərbin məqsədyönlü şəkildə Cənubi Qafqazda vəziyyəti qızışdırmağa, Moskva ilə İrəvan arasında münasibətlərə zərbə vurmağa çalışdığı indiki şəraitdə heç bir süni bəhanənin uydurulmasını həqiqətən istəməzdim”, deyə Zaxarova əlavə edib.

Qeyd edək ki, Rusiya Dövlət Dumasının deputatı Konstantin Zatulin və “Russia Today”in baş redaktoru Marqarita Simonyanın Ermənistana girişinə qadağa qoyulub. İrəvan onları Ermənistanın daxili işlərinə qarışmaqda ittiham edib.

Bənzər yazılar

Back to top button