Hadisə

Qəbələ RLS-dən oğurluq etdilər, polis iş başında yaxaladı

Qəbələ Radiolokasiya Stansiyasından (Daryal RLS) 1.2 kilometr uzunluğunda kabelin oğurlanmasına görə 6 nəfər saxlanılıb.

Qaynarinfo-nun məlumatına görə, Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən stansiyanın ərazisindən oğurlanan kabelin 1 metrinin qiyməti 2022-ci ilin aprel ayına olan orta bazar dəyərinə uyğun olaraq 40 manat müəyyən edilib və RLS-dən ümumilikdə 1.179.85 metr uzunluğunda elektirik kabelinin oğurlandığı təsdiqlənib.

Oğurluq hadisəsini bu ilin aprel ayının 1-də Orxan, Hacıbala, Amil, Ramil və Seymur adlı şəxslər RLS-in yaxınlığında, “Vəlvəlik” adlanan yerdə görüşərək meşəlik ərazidən keçməklə törədiblər. Onlar stansiyanın İnzibati Təsərrüfat Zonası və Texniki Mövqe Məhdud Məsuliyyətli Cəmiyyətinin dəmir məftildən olan hasarını aşaraq əraziyə daxil olublar.

Oğurladıqları kabeli RLS-in ərazisindən çıxarıb maşına yükləmək istəyərkən 3 polis əməkdaşı onları iş başına yaxalayıb. Oğrulardan Arzu, Orxan və Hacıbala adlı şəxslər hadisə yerindən qaçsa da, Amil və Ramil saxlanılaraq, Qəbələ Rayon Polis Şöbəsinə aparılıb. Digərləri də keçirilən əməliyyat zamanı saxlanılıblar.

Polis tərəfindən hadisə yerində kəsildiyi aşkar edilmiş 365 metr uzunluğunda olan kabel MMC-yə təhvil verilib. Yerdə qalan 814.85 metr uzunluğunda olan kabel isə oğurlanıb. Saxlanılan şəxslər isə 814.85 metr uzunluğunda kabelin onlar tərəfindən oğurlanmadığını bildiriblər.

Məhkəmənin qərarı ilə təqsirlənirilən şəxslərin hər birinə 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib. Onların üzərinə cəza çəkdiyi müddətdə Qəbələ rayonu ərazisini tərk etməmək, elektron nəzarət vasitəsi gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulub.

Bənzər yazılar

Back to top button