CəmiyyətGündəmManşet

Bakının tixac probleminin əsas səbəbi – Ekspert açıqladı

İqtisadçı ekspert Rövşən Ağayev paytaxt Bakının tixac probleminin səbəblərini açıqlayıb.

AzToday.az xəbər verir ki, ekspert Bakının bütün qaynar həyatı – iş yerləri, təhsil ocaqları, ticarət və istirahət obyektlərinin ərazinin cəmi 3-4 faiz hissəsində formalaşdığını bildirib:

“Paytaxtın mərkəzini təşkil edən Səbail, Nəsimi, Nərimanov və Yasamal rayonlarının ümumi ərazisi Bakının ümumi ərazisinin cəmi 3,7 faizinə bərabərdir. Rəsmi qeydiyyatda olan paytaxt əhalisinin isə 28 faizi həmin hissəyə düşür.

Təxminən 80 kvadrat kilometrlik bu hissə üzrə orta əhali sıxlığı hər kvadrat kilometr üçün 9000 nəfərə yaxındır. Bu, paytaxt üzrə orta göstəricidən 9 dəfə çoxdur.

Amma problemin əhali sıxlığından daha çox iş yerlərinin və şagird yerlərinin sıxlığında olduğunu düşünürəm. Bakı ətrafında məskunlaşma həddən artıq pərakəndədir, ictimai nəqliyyat isə bərbad vəziyyətdə olduğundan hər gün həmin 80 kvadrat kilometrlik hissəyə şəxsi avtomobillərlə nəhəng əhali axını baş verir. Məsələn, qeyd olunan 80 kvadrat kilometrlik hissədə hər kvadrat kilometrə şagird sıxlığı 1700 nəfər, yerdə qalan ərazilərdə 170 nəfərdir. Nəsimi rayonu üzrə şagird sıxlığı daha yüksəkdir – hər kvadrat kilometrə 3500 nəfərə yaxın.

Sırf muzdla işləyənləri götürsək, mərkəzdə iş yerlərinin sıxlığı hər kvadrat kilometrə 8000 nəfərə yaxın, o cümlədən Nəsimi rayonunda 20000 nəfər ətrafındadır. Paytaxtın digər əraziləri üzrə bu göstərici 150-ni ötmür”.

Bənzər yazılar

Back to top button