Siyasət

Putinin Qarabağ mesajının açması: Rusiya onu fərq etdi ki,..

Siyasi analitiki Nazim Cəfərsoy Rusiya prezidenti Vladimir Putinin Valday” beynəlxalq diskussiya klubunun plenar iclasında Azərbaycanla Ermənistan arasında gedən danışıqlarla bağlı açıqlamasını şərh edib.

AzToday.az xəbər verir ki, ekspert Putinin son açıqlamasını Soçi görüşü öncəsi verməsinə diqqət çəkib.

Onun sözlərinə görə, öncəliklə zamanlama önəmlidir:

“Tam da Soçi görüşü öncəsidir. Və bu mesajlar öncəliklə Ermənistanadir.

– Vaxtında Ermənistana normallaşma üçün yol təklif etmişdik. Dinləmədiniz, “öz yolunuzla getdiniz, saqqal dalınca, bığı da qoydunuz gəldiz”. Günah özünüzdədir. Bizlik bir şey yoxdur. Maksimialist olmayın.

– Sülh müqaviləsini imzalama tərəfdarıyıq. Amma qərar sizindir, ancaq əvvəlki məsləhətimizi və son müharibəni unutmayın.

– Qarabağ erməniləri mövzusunda Amerikan variantı tətbiq edə bilirsiz, buyurun. Yəni sizi biz yox Amerikalılar satır.

– Ancaq Qarabağ erməniləri mövzusunu Azərbaycanla razılaşmaq lazımdır. Yəni ki, bu alınan söhbət deyil. Biz sizin strateji müttəfiqinizik, təbii ki, sizin maraqlarınızı nəzərə alırıq. Ancaq Azərbaycanı da unutmuruq”.

Nazim Cəfərsoyun fikrincə, “Rusiya Qarabağ məsələsinin həllini istəmir, çünki belə olsa Moskva Qafqazı itirəcək” tezisi xeyli vaxtdır keçmişdə qalıb:

“Qlobal, regional, ikili amillər elə oldu ki, Rusiya Qarabağ problemini həll etmədiyi üçün Qafqazı itirirdi və bunu fərq etdi və həlli nəzərdə tutan siyasət dəyişikliyi etdi.

Ancaq Azərbaycan və Ermənistan təhlilçilərinin 95 faizi Rusiyanın Qafqaz siyasətindəki bu strateji dəyişikliyi görə bilmir və gedişatı doğru izah edə bilmirlər.

Amma öncə Azərbaycan, indi də Ermenistan hakimiyyəti bu dəyişiklikliyi görür və ona görə addımlar atırlar”.

Orxan Məmmədli

AzToday.az

Bənzər yazılar

Back to top button