Cəmiyyət

Dağlıq Qarabağda koronavirusa ilk yoluxma qeydə alındı

Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsində koronavirusa ilk yoluxma faktı qeydə alınıb.

Qaynarinfo “Novosti Armeniya”ya istinadən xəbər verir ki, Dağlıq Qarabağda götürülən iki nümunə test üçün Ermənistana göndərilib. Onlardan birinin nəticəsi müsbət çıxıb.

Hadisə Laçın rayonu ərazisində baş verib. Həmin şəxslərin təmasda olduğu 17 nəfər təcrid edilib.

Bənzər yazılar

Back to top button