Dünya

İranda ziyarətgah terroru: niyə indi baş verdi?

İranda Şah-Çıraq ziyarətgahında zəvvarların güllələnməsi ən çox rejimə sərf edir:

– Etirazçılar terrorçudur;

– Onlar müqəddəs məkanlara hücum edir;

– Hədəfdə inanclı kəsimdir.

Rejim bundan istifadə edərək, etirazları silah gücünə yatırmaq addımını legitimləşdirir.

“Nəticə kimin əlini gücləndirir” məntiqindən çıxış edəndə, bu terror aktı suallar yaradır, xüsusilə molla rejiminə qarşı aksiyaların bu qədər geniş vüsət aldığı vaxt hücumun niyə ziyarətgahda zəvvarlara edildiyi fonunda. Etirazlar və etirazlara qarşı İran hakimiyyətinin siyasəti ölkə daxilində belə terror aktlarının olması gözləntisini artırırdı.

İndi əsas məsələlərdən biri də İranın terrorçuları hara bağlayacağıdır: şahçılaramı, region ölkələrinəmi, “sionist” dediyi İsrailəmi?!

Molla rejimi özünü qorumaq üçün bütün vasitələrdən istifadə edə bilər.

Asif Nərimanlı

Bənzər yazılar

Back to top button