İdman

“Ümid edirəm ki, bu, dönüş nöqtəsi olacaq qələbədir” – Antuan Kombuare

“Bu, sevincdən daha çox şeydir, böyük qürurdur. Mən oyunçulara müstəsna performanslarına görə təşəkkür etdim. Təslim olmayan bir qrupa sahib olduğum üçün şanslıyam. Azarkeşlərin dəstəyini də vurğulamalıyıq. Çılğın və möhtəşəm fanatlarımız var. Sabah tez işə qayıtmalıyıq”.

Qol.az xəbər verir ki, bu sözləri “Nant”ın baş məşqçisi Antuan Kombuare Avropa Liqasının qrup mərhələsinin 5-ci turunda evdə “Qarabağ”a 2:1 hesabı ilə qalib gəldikləri oyundan sonra keçirilən mətbuat konfransında deyib.

“Ümid edirəm ki, bu, dönüş nöqtəsi olacaq qələbədir. Mən futbolda təvazökar və ayıq qalmağı öyrəndim. Biz hələ qara zolaqdan tam çıxmamışıq. Mənim üçün yaxşı nəticə ardıcıl 5-6 oyunda qələbə qazanmaqdır. Artıq 3 belə matçımız var. Deməli, nəsə başlayır, başımızı sudan çıxarırıq. Gələn həftə hər şeyə aydınlıq gələcək. Afinada qələbə qazanmaq, qrupda gərginliyi sona kimi saxlamaq və “Qarabağ”ı 2-ci pillədəki mövqeyindən uzaqlaşdırmaq istəyirik” – deyə o bildirib.

Bənzər yazılar

Back to top button