Hadisə

“Sovetski”də açıq narkotik alveri gedir – Video

Paytaxtın Yasamal rayon sakini Həsənov Mirnağı Mirələkbər oğlu yaşadığı Şamil Əzizbəyov küçəsi 34 ünvanında (“Sovetski” kimi tanınan ərazi) açıq şəkildə narkotik vasitələrin satışının həyata keçirildiyini deyir.
O, bu barədə Yeniavaz.com-a müraciətində bildirib.

M.Həsənovun sözlərinə görə, həmin küçədə yaşayan Almaz adlı şəxs açıq şəkildə narkotik vasitələrin satışı ilə məşğuldur:

“Almaz neçə illərdir məhlədə narkotik satır, əməlli-başlı alver gedir. O gün gedib dedim ki, Almaz əmi, burda mənim övladlarım, qardaşımın uşaqları, mənim kimi gör nə qədər insanın övladları böyüyür, narkotiki “saxla”. Dedi ki, “yox, get kimə istəyirsən müraciət elə, nə istəyirsən elə, mən öz işimdəyəm, davam edəcəm”. Polisə şikayət etdim apardılar, 2 gün saxladılar, 3-cü gün buraxdılar. Bu gün (27 oktyabr – red.) mən 102-yə yenidən şikayət eləmişəm, deyirlər ki, heç bir əsas olmadı. Dedim bütün bu videolar əsas deyil? Belə dərd olmaz, uşaqlarımızı bayıra buraxa bilmirik”.

M.Həsənov yaşadığı ərazidən çəkdiyi kadrları redaksiyamıza təqdim edib:

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin rəsmisi Nurlan Əliyev Yeniavaz.com-a bildirib ki, videodakı ərazi nəzarətə götürülüb, araşdırılır:

“Videogörüntülərdən məlumatlıyıq. Araşdırma aparılır. Həmin iddialar yoxlanılır. Müvafiq tədbirin görülməsi təmin olunacaq”.

Bənzər yazılar

Back to top button