Siyasət

Paşinyan: “Ermənistan Rusiyanın təqdim etdiyi prinsiplərlə işləməyə razıdır”

“Ermənistan sentyabrın əvvəlində Rusiya Federasiyasının təqdim etdiyi Ermənistan və Azərbaycan arasında beynəlxalq əlaqələrin qurulması üçün əsas prinsiplər və parametrlər əsasında işləməyə razılıq verib və bunu Soçidə təsdiqləməyə hazırdır”.

Yeniavaz.com xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan sosial şəbəkə hesabındakı paylaşımında yazıb.

“Ümid edirik ki, Rusiya öz təkliflərini dəstəkləyəcək.”, – o bildirib.

Xatırladaq ki, ötən gün Rusiya Prezidenti Azərbaycan və Ermənistan arasındakı sülh müqaviləsi danışıqlarından bəhs edib. O bildirib ki, Rusiya tərəfi “Vaşinqton planı” da daxil olmaqla sülhə gətirib çıxaran bütün variantları dəstəkləyir.

Qeyd edək ki, Azərbaycan, Rusiya və Ermənistan liderlərinin oktyabrın 31-i Soçidə görüşü planlaşdırılır.

Bənzər yazılar

Back to top button