Siyasət

“Ölkəmin sülhə tam hazır olduğunu bir daha vurğuladım”

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfrid arasında telefon danışığı olub.

AzToday.az xəbər verir ki, bu barədə C.Bayramov sosial şəbəkə hesabında paylaşım edib.

“Azərbaycan-Ermənistan arasında normallaşma prosesi və sülh səylərinin perspektivləri müzakirə olunub. Bir daha ölkəmin regionumuzda sülh və sabitliyə nail olmağa sadiqliyini və tam hazır olduğunu bir daha vurğuladım”, – paylaşımda bildirilib.

Bənzər yazılar

Back to top button