Bizim seçimDünyaİqtisadiyyat

“Son 45 gündə neft qiymətləri 26,5 faiz ucuzlaşıb” – Ekspert

Neft qiymətləri gündən-günə ucuzlaşmaqda davam edir. Hazırda Brent markalı nefin qiyməti 63,33 dollar, WTI markalı neftin qiyməti isə 54,53 dollardır.

ABŞ prezidenti Donald Tramp da bu barədə “Twitter” hesabında məlumat paylaşıb və qiymətlərdəki ucuzlaşmaya görə Səudiyyə Ərəbistanına təşəkkürünü bildirib. O, qiymətlərin 82 dollar səviyyəsindən 54 dollara qədər düşdüyünü qeyd edib.

Bəs neftin qiymətinin günbəgün ucuzlaşması fonunda yaxın gələcəkdə qiymət artımı müşahidə oluna bilərmi?

Bu barədə Qaynarinfo-ya açıqlama verən iqtisadçı-ekspert İlham Şaban son 45 gündə qiymətlərin 26,5 faiz ucuzlaşdığını qeyd edib. O, bildirib ki,hazırda bazarda qiymətlərin artımına rəvac verə biləcək siqnallar da azdır:

“Neft qiymətləri ucuzlaşır. Son 45 gün ərzində 26,5 faiz ucuzlaşma müşahidə olunub. Ola bilər ki, qiymətlər ucuzlaşmaqda davam etsin. Hələ ki, bazarda neftin qiymətlərinin artımına rəvac verə biləcək siqnallar azdır. Ancaq qiymətin artımı ilə bağlı hər hansı addımlar da atıla bilər. Çünki dekabrın əvvəlində OPEK-in cari il üzrə son yekun konfransı olacaq. Bu konfransda OPEK ölkələri və ona dəstək verən OPEK+ ölkələri artımla bağlı hər hansısa bir cəhd edə bilərlər. Ancaq son açıqlanan hesabatlar onu göstərir ki, 2019-2020-ci illərdə gözləntilər bazarda kollektiv tələbi ödəyəcək. Yəni, bazarda neft bolluğu var. Bu səbəbdən riskləri nəzərə alaraq, iri neft satıcıları nefti hazırkı qiymətə satmağa üstünlük verirlər. Onlar hesab edirlər ki, hazırda neft hansı qiymətə satılsa daha sərfəli olar, nəyinki, sabah”.

Bənzər yazılar

Back to top button