Siyasət

“Biz yaxın keçmişdə Azərbaycan və Ermənistanla eyni dövlətin tərkibində olmuşuq” – Putin

“Bu gün də biz Bakı ilə İrəvan arasında münasibətlərin kompleks və hərtərəfli normallaşmasına nail olmaq üçün mümkün olan hər şeyi edirik”.

Yeniavaz.com xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin deyib.

“Dərhal qeyd etmək istərdim, bunu hamı başa düşür, hamıya açıq-aydındır: istər Azərbaycan, istərsə də Ermənistan yaxın keçmişdə Rusiya kimi, biz hamımız vahid dövlətin tərkibində olmuşuq. Bizim həm İrəvan, həm də Bakı ilə çoxlu sayda əlaqələrimiz var və bunu nəzərə almamaq sadəcə olaraq mümkün deyil. Təbii ki, hamımız kifayət qədər çətin vəziyyətdəyik. Amma təbii ki, biz Rusiyaya yaxın dövlətlər arasında problemlərdən və ziddiyyətlərdən kənarda qala bilmərik və onların sülh yolu ilə həllinə töhfə verməyə hər zaman hazırıq. Ümumiyyətlə, biz şübhəsiz ki, Zaqafqaziyanın sakit və davamlı inkişaf edən region olmasında maraqlıyıq”, – Putin bildirib.

Bənzər yazılar

Back to top button