GündəmManşetSiyasət

Putindən sülh müqaviləsinin imzalanmasının mümkün yolları barədə açıqlama

“Şübhəsiz ki, sülhə aparan yeganə mümkün və real yol Rusiya, Ermənistan və Azərbaycan liderlərinin məlum birgə bəyanatlarının bütün müddəalarına tərəflərin ciddi əməl etməsi ola bilər – indi hamısını sadalamayacağam”.

Yeniavaz.com xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin deyib.

“Məhz Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası yolları, nəqliyyat kommunikasiyalarının açılması, humanitar məsələlərin həlli ilə bağlı bu razılaşmaların ardıcıl icrası ilə Ermənistanla Azərbaycan arasında münasibətlərin stabil normallaşmasına nail olmaq mümkündür. Biz bu barədə Ermənistanın baş naziri ilə dəfələrlə danışmışıq və mən belə başa düşürəm ki, həmkarımız bununla tam razıdır. Sual budur ki, bu həll yollarını necə tapmaq olar, bu asan deyil, ancaq siz onları yalnız bu yolda tapa bilərsiniz. Gələcəkdə bu, həm də sülh müqaviləsi bağlamağa imkan verəcək”, – Putin bildirib.

Rusiya Prezidenti həmçinin üç ölkə arasındakı münasibətlərdən və regiondakı vəziyyətdən də bəhs edib:

“Bu gün də biz Bakı ilə İrəvan arasında münasibətlərin kompleks və hərtərəfli normallaşmasına nail olmaq üçün mümkün olan hər şeyi edirik. Dərhal qeyd etmək istərdim, bunu hamı başa düşür, hamıya açıq-aydındır: istər Azərbaycan, istərsə də Ermənistan yaxın keçmişdə Rusiya kimi, biz hamımız vahid dövlətin tərkibində olmuşuq. Bizim həm İrəvan, həm də Bakı ilə çoxlu sayda əlaqələrimiz var və bunu nəzərə almamaq sadəcə olaraq mümkün deyil. Təbii ki, hamımız kifayət qədər çətin vəziyyətdəyik. Amma təbii ki, biz Rusiyaya yaxın dövlətlər arasında problemlərdən və ziddiyyətlərdən kənarda qala bilmərik və onların sülh yolu ilə həllinə töhfə verməyə hər zaman hazırıq. Ümumiyyətlə, biz şübhəsiz ki, Zaqafqaziyanın sakit və davamlı inkişaf edən region olmasında maraqlıyıq”.

Bənzər yazılar

Back to top button