GündəmHadisəManşet

Muxtar Babayevi aldadırlar? – Nazirlik əməkdaşı dövlətə 2 milyon ziyan vurduran direktorun müdafiəsinə başladı

11 saylı Regional Meşə Təsərrüfatı Mərkəzinin xidməti ərazisində meşə torpaqlarının kərpic zavodlara satılması ilə bağlı xəbər vermişdik. Bildirmişdik ki, Göytəpə meşəbəyiliyinin 12 saylı dolayında yol çəkilişi adı altında 15 min kub metr torpaq satılıb.

AzToday.az xəbər verir ki, baş verən ekoloji cinayət faktı ictimailəşəndən sonra Ekologiya və Təbii Sərvətlər Nazirliyi əraziyə yoxlama göndərib. Yoxlama nəticəsində yol çəkilişi prosesi dayandırılıb. Və yol çəkən şirkətlə bağlı akt tərtib olunub.

Yoxlamanı aparan nazirlik əməkdaşı Sehran Qənbərov bildirib ki, sənədlər hüquq-mühafizə orqanlarına göndərilib:

“Mesələrin İnkişafı Xidməti tərəfindən araşdırmanı mən aparmışam. Qeyd olunan yol Cəlilabad rayonunun Ağdaş, Vənnik və Ogrubulaq kəndlərini birləşdirən magistral yoldur. Yol uzun illər bundan əvvəl çəkilib (1951 ci ilin xəritəsində yol var), şəkillərdən isə yeni yolun çəkilməsi təəssüratı yaranir. Avtomobil Yollari Agentliyinin 46 sayli Yol istisimar idarəsi tərəfindən yolun təmiri həyata kecirilir, 14.07.2023 tarixində Regional Mərkəz tərəfindən islər dayandirilib və akt tərtib edilərək ziyan hesablanib. Sənədlər Hüquq muhafizə orqanlarina göndəriləcək”.

“Ecofront”un rəhbəri Cavid Qara isə nazirlik əməkdaşına cavabında bunları yazıb: Sizin yazdığınız bizim iddiaları sorğulamır. Belə başa düşdüm ki, siz də təsdiqləyirsiz ki, yol çəkilişi zamanı meşə fonduna ziyan dəyib və hüquq mühafizə orqanlarına göndərilib. Sadəcə siz yol çəkilişinin ETSNdən heç icazə alınmadan edildiyini xatırlatmamağı seçirsiz. Təbii yol çəkilməsi vacibdir. Sadəcə işin qaydası var. Ətraf mühitə təsirin qiymətləndirilməsi aparılmalıdır, dəyən ziyan hesablanmalı, azaldılması üsulları nəzərə alınmalıdır. Bunları siz məndən də yaxşı bilirsiz. Seçmə üsulla cavab yazmağa ehtiyac yoxdur”.

Sehran Qənbərov Cavid Qaraya dedikləri ilə razı olduğunu deməklə yanaşı yerli ekologiya idarələrinin əməkdaşlarının da günahının olduğunu deyib:

“Sizinlə razıyam. Hər hansı bir iş görüldükdə ətraf mühitə təsir qiymətləndirilməlidir. İşi görən 46 saylı yol istismar idarəsi icazəsiz bu işləri görüb. Bu səbəbdən də Mərkəz tərəfindən akt tərtib olunaraq ziyan hesablanıb. Əməkdaşlarımızın da günahı var, vaxtında qarşısını almayıblar”.

AzToday.az-a daxil olan məlumatlar isə nazirlik əməkdaşının dediklərini təkzib edir. Belə ki, Sehran Qənbərovun dediyi kimi işlər 14.07.2023 tarixində deyil, məsələ ictimailəşdirildikdən sonra dayandırılıb. Və dediyi akt da sonradan saxta yolla köhnə tarixə tərtib olunub.

Bu arada məlum olub ki, 12 saylı dolayın gözətçisi Natiq Ağayev bir ay əvvəl işdən çıxsa da, 11 saylı Regional Meşə Təsərrüfatı Mərkəzinin rəhbərliyi dolaya nəinki yeni gözətçi təyin edib, hətta dolaya müvəqqəti nəzarətçi belə təyin etdirməyib. Bu isə onu göstərir ki, 11 saylı Regional Meşə Təsərrüfatı Mərkəzinin rəhbərliyi bu prosesdə maraqlı olub. Çünki meşə dolayının nəzarətsiz saxlanılması mövcud normativ aktlara görə kobud qanun pozuntusudur. Başqa tərəfdən meşə ərazisindən torpaq satışı təkcə yolun genişləndirilməsi fonunda aparılmayıb. Ərazidə iki yerdə torpağın qazılaraq satılması faktı qeyd olunub. Görünür, Sehran Qənbərov bu faktları nəyinsə müqabilində görməzdən gəlir.

Həmin görüntüləri bir daha nazir Muxtar Babayevin diqqətinə çatdırmağı lazım bilirik:

Qeyd edək ki, sözügedən görüntülər bir-neçə sosial şəbəkə kanalında yayılsa da, sonradan onların bir-neçəsi bilmədiyimiz səbəblərdən sildirilib.

Görünür, Muxtar Babayev rəhbəri olduğu nazirliyi ya idarə edə bilmir, ya da meşə ərazilərinin məhv edilməsində birbaşa maraqlı olan şəxsdir. Əks halda nazirlikdən göndərilən yoxlama birbaşa günahkar olan 11 saylı Regional Meşə Təsərrüfatı Mərkəzinin rəhbərliyini dolayısı ilə müdafiə etməyə cəhd göstərməzdi…

Bənzər yazılar

Back to top button