GündəmManşetSiyasət

Müdafiə Nazirliyində ancaq Rusiya mətbuatı oxunur? – Qəzetlərin siyahısı…

Azərbaycan Müdafiə Nazirliyi tərəfindən 2023-cü ildə dərc olunacaq qəzet və jurnalların satın alınması ilə bağlı tender müsabiqəsi (açıq tender) elan olunub.

Yeniavaz.com xəbər verir ki, qəzet və jurnalların alınması ilə bağlı tender müsabiqəsi 2-ci dəfə elan olunur. Daha əvvəl elan olunan tender müsabiqəsi 3 gün əvvəl ləğv olunub və bəzi kiçik dəyişikliklərdən sonra yenidən elan olunub.

Məlumat üçün bildirək ki, bu gündən (28.10.2022) etibarən noyabr ayının 29-na kimi davam edəcək müsabiqənin yekununda Müdafiə Nazirliyi 34 adda qəzet və jurnal alacaq.

Maraqlıdır ki, Müdafiə Nazirliyinin almaq istədiyi qəzet və jurnallar arasında Azərbaycan və Rusiya KİV-lərindən başqa heç bir ölkənin mətbu nəşri yoxdur. Nazirliyin satın almaq istədiyi nəşrlərin 14-ü yerli KİV, 20-si isə Rusiya KİV-ləridir.

Bənzər yazılar

Back to top button