Hadisə

Gömrük orqanları külli miqdarda yayınma aşkarlayıblar

Bakı Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən gömrük ödənişlərindən külli miqdarda yayınma faktları aşkarlanıb. Bu barədə Dövlət Kömrük Komitəsinin oktyabrın 28-də yaydığı məlumatda deyilir.

Bu faktlar Azərbaycan vətəndaşı Vahid Ağamalıyevin ölkəyə gətirdiyi malların Bakı Baş Gömrük İdarəsində gömrük yoxlaması zamanı aşkar edilib.

Yoxlama zamanı malların bir qisminin sayının bəyannamədə göstəriləndən dəfələrlə çox olduğu müəyyən edilib.

Bəyan edilən mallar arasında “qəlyan üçün ağızlıqlar” 116000 (yüz on altı min) ədəd göstərilsə də, faktiki olaraq 1 160 000 (bir milyon yüz altmış min) ədəd, “elektron siqaretlər” 1720 ədəd göstərilsə də, faktiki olaraq 7884 ədəd, “ülgüclər” 1104 ədəd göstərilsə də, faktiki olaraq 5152 ədəd, həmçinin digər malların olduğu da aşkar edilib.

Bundan əlavə, 5190 ədəd qəlyan tütünü, 500 qutu stomatoloji (sinir iynəsi) ləvazimatlar, 1 ədəd “Akvafor” markalı su filtri, 1 ədəd “Sintering Furnance” markalı stomatoloji selizator aparatının gömrük orqanına bəyan olunmadığı müəyyən edilib.

Bənzər yazılar

Back to top button