GündəmManşetSiyasət

KTMT Şurasının Ermənistan-Azərbaycan münaqişəsinə həsr olunmuş növbədənkənar iclası

Oktyabrın 28-də RF prezidenti Vladimir Putin videokonfrans formatında KTMT Kollektiv Təhlükəsizlik Şurasının növbədənkənar sessiyasında iştirak edib.

Rusiya prezidentinin saytında yer alan məlumata görə, iclasda Ermənistan baş naziri Nikol Paşinyan, Belarus prezidenti Aleksandr Lukaşenko, Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev, Qırğızıstan prezidenti Sadır Japarov, Tacikistan prezidenti Emomali Rahmon və KTMT baş katibi Stanislav Zas iştirak ediblər.

Putin giriş sözünü Ermənistan-Azərbaycan münaqişəsinə həsr edib.

“Biz bu gün də Bakı və Yerevan arasında münasibətlərin kompleks şəkildə və hərtərəfli normallaşmasına nail olmaq üçün əlimizdən gələnii edirik”, deyə o bildirib.

“Bizim Yerevanla da, Bakı ilə də bir çox əlaqələrimiz var və bunları nəzərə almamaq, sadəcə olaraq, mümkün deyil. Biz, şübhəsiz ki, hamımız kifayət qədər çətin vəziyyətdəyik. Amma biz, əlbəttə ki, Rusiyaya yaxın olan dövlətlər arasında problemlərdən və fikir ayrılıqlarından kənarda qala bilmərik və onların sülh yolu ilə həllinə şərait yaratmağa hazırıq”.

“Şübhəsiz ki, sülhə gedən yeganə mümkün və real yol tərəflərin Rusiya, Ermənistan və Azərbaycan liderlərinin məlum birgə bəyanatlarının bütün müddəalarına ciddi şəkildə riayət etməsindən keçə bilər”.

“Məhz Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası, nəqliyyat əlaqələrinin açılması, humanitar məsələlərin həlli yollarında bu razılaşmaların ardıcıl yerinə yetirilməsi sayəsində Ermənistanın Azərbaycanla münasibətlərinin dayanıqlı normallaşmasına nail olmaq olar.

Biz Ermənistan baş naziri ilə də bu barədə dəfələrlə danışmışıq və başa düşdüyüm qədər, həmkarımız bununla tamamilə razıdır. Məsələ bu həlləri necə tapmaqdadır, bütün bunlar asan deyil, amma onları yalnız bu yolda tapmaq olar. Gələcəkdə bu, sülh sazişinin imzalanmasına nail olmağa imkan verəcək”, deyə Putin bildirib.

İclasın nəticələri haqqında məlumat verilmir. (Turan)

Bənzər yazılar

Back to top button