GündəmManşetSiyasət

Kreml 31 oktyabr tarixli üçtərəfli görüşün gündəliyini açıqlayıb

Rusiya tərəfin təşəbbüsü ilə oktyabrın 31-də Soçidə Rusiya, Azərbaycan və Ermənistan liderlərinin üçtərəfli görüşü keçiriləcək. Bu barədə oktyabrın 28-də RF prezidentinin saytında yerləşdirilən məlumatda deyilir.

“Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 9 noyabr 2020-ci, 11 yanvar və 26 noyabr 2021-ci il tarixli üçtərəfli razılaşmalarının həyata keçirilməsinin gedişatını, Zaqafqaziyada sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsi üzrə gələcək addımları nəzərdən keçirmək planlaşdırılır.

Eyni zamanda ticari-iqtisadi əlaqələrin və nəqliyyat əlaqələrinin bərpası və inkişafı məsələləri müzakirə olunacaq.

Vladimir Putinin Nikol Paşinyan və İlham Əliyevlə ayrı-ayrı söhbətləri nəzərdə tutulub”, deyə məlumatda bildirilir.

Nikol Paşinyan bir müddət əvvəl görüşdə iştirak edəcəyini təsdiq edib. İlham Əliyev hələ də iştirakı və görüşün gündəliyi ilə bağlı şərh verməyib. (Turan)

Bənzər yazılar

Back to top button