Siyasət

Əli Əsədovla Mher Qriqoryan arasında DAVA – “fəlsəfədə əxlaq deyilən bir anlayış var”

Baş nazir Əli Əsədov Astanada Müstəqil Dövlətlər Birliyinin (MDB) Hökumət Başçıları Şurasının iclasında Ermənistan Baş nazirinin müavini Mher Qriqoryanın Azərbaycan barədə qərəzli çıxışına cavab verib.

Baş nazir deyib ki, fəlsəfədə əxlaq deyilən bir anlayış var.

Əli Əsədov vurğulayıb ki, bu, insanlara da, dövlətlərə də aiddir: “Azərbaycan suveren ərazisi müzakirə olunmur. Prezidentimiz İlham Əliyevin dediyi kimi, “Qarabağ Azərbaycandır!”. Azərbaycanın ərazisində Dağlıq Qarabağ deyilən bir şey yoxdur”.

Qeyd edək ki, Mher Qriqoryan Azərbaycanı Ermənistanın ərazi bütövlüyünü, Qarabağda ermənilərin hüquqlarını pozmaqda ittiham edir. //apa//

Bənzər yazılar

Back to top button