Dünya

Tarixdə ilk dəfə iki qadın kosmonavt açıq fəzaya çıxdı

Tarixdə ilk dəfə iki qadın – ABŞ kosmonavtları Kristina Kuk və Cessika Meir cümə günü Beynəlxalq Kosmik Stansiyadan (BKS) açıq fəzaya çıxıb.

AzToday.az APA-ya istinad’n xəbər verir ki, bu barədə NASA-nın yaydığı məlumatda bildirilib.

Qadın kosmonavtlar stansiyanın istismarını başa vurmuş detallarını – günəş batareyalarını dəyişəcəklər. Əməliyyatın ən azı 6 saat yarım davam edəcəyi gözlənilir.

Qeyd edək ki, sözügedən batareyaların istismar müddəti 10 ildir.

Xatırladaq ki, kosmosda yerləşdirilmiş BKS-da NASA-nın müxtəlif millətlərdən olan kosmonavtları növbəli şəkildə tədqiqatlar aparır.

Bənzər yazılar

Back to top button