GündəmSiyasət

KTMT Başçıları Şurasının iclası ciddi bir nəticə vermədi: Paşinyanın dediyinə məhəl qoyulmadı

2022-ci il oktyabrın 28-də KTMT Kollektiv Təhlükəsizlik Şurasının videokonfrans vasitəsilə növbədənkənar sessiyası keçirilib.

Ermənistanın baş naziri Nikol Paşinyan iştirakçılara müraciətində onları “Azərbaycanın təcavüzünü” pisləməyə və “Ermənistanın ərazi bütövlüyünü bərpa etmək üçün tədbirlər görməyə” çağırıb. Lakin görüşün yekun hesabatına əsasən, Paşinyanın çağırışına məhəl qoyulmayıb.

“Sessiya zamanı KTMT-nin baş katibi Stanislav Zasın 2022-ci il sentyabrın 15-də Ermənistan-Azərbaycan sərhədində vəziyyətin gərginləşməsi ilə əlaqədar Ermənistana ezam olunmuş Missiyanın işi barədə məlumatı dinlənilib. Sentyabrın 13-də ağır silahlar və PUA-ların tətbiqi ilə toqquşmalar olub, çoxlu sayda insan tələfatı olub”, – deyə KTMT-nin saytında yerləşdirilən məlumatda bildirilir.

İclas iştirakçıları regiondakı mövcud vəziyyəti və “Ermənistan Respublikasına yardım göstərmək üçün birgə tədbirləri” müzakirə ediblər.

“Mövcud ziddiyyətlərin və mübahisəli məsələlərin siyasi və diplomatik yollarla, o cümlədən Ermənistanın baş naziri, Rusiya prezidenti və Azərbaycan prezidenti tərəfindən 9 noyabr 2020-ci il, 11 yanvar 2021-ci il və 26 noyabr 2021-ci il tarixlərində qəbul edilmiş üçtərəfli bəyanatlarda əksini tapmış razılaşmalara uyğun olaraq həll edilməsinə qəti əminlik ifadə olunub.

Sessiyanın yekunları üzrə KTMT Kollektiv Təhlükəsizlik Şurasının üzvləri müvafiq qərarlar layihəsini yekunlaşdırmaq üçün bir sıra təkliflər veriblər”, – deyə məlumatda bildirilir.(Turan)

Bənzər yazılar

Back to top button