İqtisadiyyat

ATU-nun 2 milyonluq yataqxana təmiri – Qalib 6 manatlıq şirkətdir

Azərbaycan Tibb Universiteti (ATU) 3 saylı tələbə yataqxana binasının əsaslı təmir işlərinin satın alınması ilə bağlı tenderə yekun vurub.

Qaynarinfo xəbər verir ki, tenderin qalibi “Turan Təmir-Tikinti” MMC seçilib. Tərəflər arasında bağlanacaq satınalma müqaviləsinin maliyyə dəyəri 1 882 955,46 AZN-dir.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə, “Turan Təmir-Tikinti” MMC 23 dekabr 2005-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 6 AZN olan şirkətin hüquqi ünvanı Bakı şəhəri Binəqədi rayonu, Ağasadıq Gəraybətli küçəsi, ev 31-də yerləşir. MMC-nin qanuni təmsilçisi Məmmədov Ehtiram Bəxtiyar oğludur.

Ehtiram Məmmədova qədər şirkət 3 qanuni təmsilçi dəyişib. MMC-nin ilk qanuni təmsilçisi Hüseynov Rəsul Məhəmməd oğlu olub. Daha sonra şirkəti Həsənova Şükfə Səfaqət qızı və Babayev Həsən Səxavət təmsil edib.

Açıq mənbələrdə şirkət və qanuni təmsilçisi haqqında heç bir məlumata rast gəlinmir.

18 ildir fəaliyyət göstərən şirkət barəsində heç bir məlumatın olmaması müəyyən şübhələrə yol açıq. Adətən bu tip şirkətlər tender əməliyyatlarında istifadə olunmaq təsis edilir.

Bənzər yazılar

Back to top button