Cəmiyyət

Bazar günü hava haqqında

Oktyabrın 30-da Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı gözlənilir, yağıntı olmayacaq, mülayim cənub küləyi əsəcək. Havanın temperaturu gecə müsbət 12+14, gündüz müsbət 17+19 dərəcə olacaq, Milli Hidrometeorologiya Xidməti bildirib.

Azərbaycanın rayonlarında hava əsasən yağıntısız olacaq. Lakin gecə bəzi yerlərdə qısamüddətli yağış yağacağı, duman olacağı ehtimalı var. Əsasən şərq küləyi əsəcək. Havanın temperaturu gecə müsbət +9 +14, gündüz müsbət19, dağlarda gecə 0 +4, gündüz müsbət 5 +10 dərəcə olacaq.

Bənzər yazılar

Back to top button