İdman

“Qarabağ” – “Frayburq” oyununa ilk gündə nə qədər bilet satılıb?

Avropa Liqasının qrup mərhələsinin 6-cı turu çərçivəsində keçiriləcək “Qarabağ” – “Frayburq” (Almaniya) matçına bilet satışı davam edir.

AzToday.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, ilk gündə bu oyuna 20 min bilet satılıb. Biletlərin qiyməti müvafiq olaraq 5, 20, 30, 75 və 100 manat təşkil edir.

Satış məntəqələri:

Tofiq Bəhramov adına Respublika stadionun kassalarında (11:00-dan 20:00-dək);
Iticket.az-ın satış məntəqələri (iticket.az-da onlayn satış);
Park Bulvardakı “Qarabağ” FK-nın Fan-Şopunda (11:00-dan 20:00-dək),

Eləcə də 28 mall və Gənclik mall ticarət mərkəzlərində (11:00-22:00).

Qeyd edək ki, noyabrın 3-ü keçiriləcək “Qarabağ” – “Frayburq” görüşü saat 21:45-də başlayacaq.

Bənzər yazılar

Back to top button