İdman

Bu milli DÇ-2022-dən kənarlaşdırıla bilər

Tunis milli komandası 2022-ci ildə Qətərdə keçiriləcək futbol üzrə dünya çempionatında iştirakdan kənarlaşdırıla bilər.

Qol.az xəbər verir ki, bu barədə BBC məlumat yayıb.

Mənbənin sözlərinə görə, dövlətin futbol federasiyasının işlərinə müdaxiləsi səbəbindən milli turnirdən kənarlaşdırıla bilər. Məsələ burasındadır ki, Tunisin gənclər və idman naziri Kamel Deqiçenin bu günlərdə Tunis Futbol Federasiyasının ləğv edilə biləcəyinə eyham vurub. FİFA onun bəyanatını ölkə futbol federasiyasının fəaliyyətinə müdaxilə cəhdi hesab edir, yolverilməz sayır və məsələyə aydınlıq gətirilməsini istəyib.

FİFA dövlət qurumlarının yerli federasiyaların işinə qarışmasını qəbul etmir. Buna görə milli və klub komandalarının beynəlxalq yarışlardan uzaqlaşdırılmasına dair qərarlar olub.

DÇ-2022-də Tunis yığması Danimarka, Avstraliya və Fransa ilə eyni qrupda oynayacaq. Qətərdə dünya çempionatı noyabrın 20-dən dekabrın 18-dək keçiriləcək. Turnirdə 32 komanda iştirak edəcək. Yarışın son qalibi Fransa millisidir.

Bənzər yazılar

Bunu da oxu
Close
Back to top button