Dünya

Cənubi Koreyada ölənlər arasında Azərbaycan vətəndaşı var? – Açıqlama

Cənubi Koreya paytaxtı Seulda “Hellouin” bayramının qeyd edilməsi zamanı baş verən izdiham nəticəsində ölənlər və xasərət alanlar arasında Azərbaycan vətəndaşı yoxdur.

Bu barədə Azərbaycanın Cənubi Koreyadakı səfirliyi məlumat yayıb.

“Ölənlər və yaralananlar arasında vətəndaşlarımızın olması haqqında hazırda hansısa məlumat daxil olmayıb. Bütün soydaşlarımızdan zəruri hallarda təcili olaraq Səfirliklə əlaqə saxlamaları xahiş olunur”, – məlumatda bildirilib.

Xatırladaq ki, oktyabrın 29-da axşam saatlarında kafe və restoranların, gecə klublarının yerləşdiyi ərazidə təxminən 100 min nəfərin iştirak etdiyi “Hellouin” şənliklərində izdiham yaranıb. Nəticədə 151 nəfər ölüb, 19-u ağır olmaqla 82 nəfər müxtəlif dərəcədə xəsarət alıb. Həyatını itirənlər arasında Çin, Norveç, İran, Özbəkistan və Rusiya vətəndaşları da var. Hadisədə ölənlərin çoxunun 30 yaş civarındakı gənclər olduğu bildirilir.

Bənzər yazılar

Bunu da oxu
Close
Back to top button