GündəmManşetSiyasət

Şeyxin İranla bağlı müsahibəsi: “Qardaşım məni erməniyə satdı” – Video

“Baxmayaraq ki, İran İslam Respublikası deyilir, amma onların bizim sərhədlərdə manevr etməsi yolverilməzdir. Hətta mən televiziyada gördüm, o hərbçilər təyyarəyə oturanda bir din xadimi də gəldi, Quranla onlara xeyir-dua verdi. Nə üçün xeyir-dua verir, hara göndərir? Bunu Azərbaycana, şiə dövlətinin sərhədinə, ona əzələ göstərməyə göndərir. Bu heç də müsəlmana yaraşan deyil, mən bunu gözləmirdim”.

Bunu Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə Real TV-yə müsahibəsində deyib.

O bildirib ki, İrandakı ayətullahların Azərbaycan sərhədindəki təlimlərə etiraz edəcəklərini gözləyib.

“Elə bilmişəm ki, mənə bir şey olsa, mənim qardaşlarım gəlib məni qurtaracaqlar, mənə kömək edəcəklər. Bu gün mənim o ümidim qırıldı. Mən kimə inanım? Mənim qardaşım məni erməniyə satdı”.

Daha ətraflı:

Bənzər yazılar

Back to top button