Hadisə

Kobudluq edən polis vəzifəsindən azad edilib

Bakıda bərbərxanada qadına qarşı zorakılıq hərəkətləri edən polis əməkdaşı vəzifəsindəın azad edilib.

Sosial şəbəkələrdə yayılan vidogörüntülər araşdırılan zaman bərbərxanada tibbi maskadan istifadə etməyən qadına qarşı kobudluq edənin Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Bölməsinin sahə müvəkkili Camal Qubadov olduğu məlum olub. O, tutduğu vəzifədən azad edilib.

Daxili İşlər Nazirliyi məlumatı təsdiq edib.

Fevralın 12-də sosial şəbəkələrdə Yasamal rayonu, Şıxəli Qurbanov küçəsində yerləşən bərbərxanada polis əməkdaşının qadına qarşı kobud hərəkət etməsi ilə bağlı videogörüntülər yayılıb.

Bərbərxanaya daxil olan polis qeydiyyatçı işləyən qadına maska taxmadığına görə cərimə yazacağını bildirib. Qadın isə maska taxdığını bildirərək buna etiraz edib. Daha sonra sahə müvəkkili bərbərxanada həmin qadını itələyib. (Turan)

Bənzər yazılar

Back to top button