Cəmiyyət

Nikah və boşanmaların ən çox və ən az olduğu rayonlar açıqlandı

Ötən il Azərbaycanda 61 min 939 nikah, 15 min 983 boşanma qeydə alınıb.

Yeniavaz.com açıqlnan rəsmi məlumatlara istinadən bildirir ki, nikahların sayı artıb, boşanmaların sayı azalıb. Belə ki, 2021-ci ildə ümumilikdə 56 min 314 nikah, 17 min 191 boşanma qeydə alınıb.

Məlumat üçün qeyd edək ki, ötən il ən çox nikah Xocavənd rayonunda qeydə alınıb. Bu rayonda əhalinin hər 1000 nəfərinə düşən nikah sayı 9,5 olub. Ən az nikah isə Abşeron şəhərində qeydə alınıb və burada əhalinin hər 1000 nəfərinə düşən nikah sayı cəmi 3 olub.

Boşanmaların sayı isə ən çox Yasamal rayonunda olub. Bu rayonda əhalinin hər 1000 nəfərinə düşən boşanma sayı 3,4 olub. Ən az boşanma isə Yardımlı, Lerik və Ordubad rayonlarında qeydə alınıb. Bu rayonların hər 3-də boşanmaların sayı əhalinin hər 1000 nəfərinə 0,6 olub.

Bənzər yazılar

Back to top button