İdman

Bu qış Ronaldonu transfer etməyə çalışacaqlar

“Sportinq” “Mançester Yunayted”in futbolçusu Kriştiano Ronaldonu qış transfer pəncərəsində transfer etmək fikrindədir.

Qol.az xəbər verir ki, bu barədə “Mirrror” məlumat yayıb. “Sportinq” qışda portuqaliyalı hücumçu üçün təklif göndərməyə hazırlaşır. Klubun “Mançester Yunayted”ə Ronaldonun maaşını bölüşməyi təklif edəcəyi gözlənilir. Eyni zamanda, maaşın böyük hissəsini “Sportinq” ödəyəcək.

Bundan əvvəl Ronaldonun Portuqaliyada 18 milyon avroya villa aldığı bildirilirdi.

Xatırladaq ki, Ronaldo 2002-2003-cü illərdə də “Sportinq”də oynayıb. O, Lissabon təmsilçisinin tərkibində 31 oyun keçirib, 5 qol vurub və 6 qolun ötürməsini verib. Ronaldonun “Mançester Yunayted”lə hazırkı müqaviləsi 2023-cü ilə qədərdir.

Bənzər yazılar

Back to top button