Hadisə

Əmrullayev bu məktəbi Hacı Məhərrəmə PEŞKƏŞ EDİB? – İLGİNC FAKTLAR

Abşeron rayonunun Masazır qəsəbəsindəki “Qurtuluş – 93” yaşayış kompleksində yerləşən 3 saylı tam orta məktəb təşkilati-hüquqi formasına görə özəl təhsil müəssisəsi deyil, dövlətə məxsus olsa da, əslində kompleksin sahibkarı, naxçıvanlı iş adamı Hacı Məhərrəm Novruzov tərəfindən idarə olunur. Elm və Təhsil Nazirliyinin sözügedən məktəbə heç bir səlahiyyəti keçmir. Etibarlı mənbədən gundemxeber.az-ın redaksiyasına verilən məlumata görə, məktəbin direktoru Xəyalə Mustafayeva bir il əvvəl Hacı Məhərrəm tərəfindən hazırki vəzifəsinə yerləşdirilib və idarəçilikdən xəbəri yoxdur. Məktəb faktiki olaraq direktorun “əkə-bikə” müavini Fəxrinisə Əhmədova tərəfindən idarə olunur. O isə məktəbdə belə bir qayda qoyub: “Təqvimdə hansı rəqəmlər qırmızıdırsa (nə ilə əlamətdar olduğu bilinməsə belə), hamı direktoru təbrik etməli, 30-dan, 50-dən, 100-dən (manat) kimin nəyə gücü çatır, verməlidir. Yoxsa, direktor mənim günümü qara eləyər”.
Məlumatda xatırlanır: “Sentyabr ayının axırları idi. Hələ müəllimlər maaşlarını almamışdılar. Direktor işçiləri çağırıb tələb etdi ki, adama 30 manat gətirib versinlər, məktəbdə yeni siniflər bölünəcək və təmir olunacaq. Bu və digər neqativ hallarla bağlı dəfələrlə yuxarı instansiyalara şikayətlər göndərilsə də, hər dəfə Hacı Məhərrəm məktəbə gələn yoxlama komissiyası ilə “dil tapıb” susdurur. Maddi sıxıntı çəkən müəllimlər artıq bir-birinin çantasına girib oğurluq edir, digərləri alver edir, kalqotka, yuyucu toz və s. satırlar. Bir sözlə, məktəbdə özbaşınalıq hökm sürür, dəlixanaya çevrilib. Təhsil Nazirliyinin burada baş verənlərdən xəbəri yoxdur”.

GundemXeber.Az qeyd edir ki, tanınmış tikinti maqnatı, Masazırdakı “Qurtuluş-93” yaşayış kompleksinin, Novxanıdakı “My Beach” istirahət mərkəzlərinin sahibi Hacı Məhərrəm qanunu susdurmaqda pərgardır. Məsələn, hacının həyat yoldaşı Gülnar Hüseynova 90-HN-009 dövlət nişanlı ““Mercedes Galandewagen” markalı avtomobili idarə edərkən Masazırdakı duz gölünün yanında “Nissan”a, daha sonra “Mercedes” və “VAZ 2106” markalı nəqliyyat vasitələrinə çırpılıb törətdiyi qəza zamanı üç nəfərə xəsarət yetirmişdi. Daha əvvəl isə Hacı Məhərrəmin kürəkəni Elşad Kəlbəliyevin idarə etdiyi “Range Rover” (dövlət nömrəsi 10 CO 002) yüksək sürətlə “Daewoo Damas”a çırpılmışdı. Avtomobildə olan Murad Ziyadov, Kamran Əhmədov, Elman Şıxəliyev və Yunis Mürsəlov yerindəcə ölmüşdü. Daxili İşlər Nazirliyindən Elşad Kəlbəliyevin sərxoş vəziyyətdə olduğu bildirilmişdi. Bununla belə hacının yaxın qohumları layiq olduqları cəzanı almadılar. Görünür, 3 saylı məktəbin tərəqqipərvər müəllimləri də tapdalanmaqdan qorxurlar, yoxsa, məktəbdə baş verənlər barədə gerçək mənzərəni açıb göstərərdilər.

P.S. Təqdim etdiyimiz audio səs yazısında məktəbin müəllimlər otağında baş verən oğurluq hadisələrindən direktorun müavini Fəxrinisə Əhmədova oğruları aşkar etmək üçün həmkarlarından kamera gətirmələrini xahiş edir…

Bənzər yazılar

Back to top button