İqtisadiyyat

Azərbaycanda un və çörək ucuzlaşmalıdır, amma…

“Əgər idxal olunan məhsulun dəyəri aşağıdırsa, həmin xammaldan alınan son məhsulun qiyməti mütləq dəyişməlidir”.

Bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı ekspert Vahid Məhərrəmov Azərbaycana idxal edilən buğdanın qiymətinin enməsindən danışarkən deyib. Onun fikrincə, əslində un məlumatlarının və çörəyin qiyməti enməlidir:

“Azərbaycanda isə bir az fərqli mənzərəni görürük. Yalnız xammalın deyil, istehsalda istifadə olunan digər istehsal vasitələrinin, digər xərclərin artmasını bəhanə gətirib çörəyin qiymətini endirməyə bilərlər. Amma əslində un məlumatlarının və çörəyin qiyməti enməlidir”.

Ekspert son vaxtlar Rusiyanın rüsumu azaltmaq haqqında qərara gəldiyini deyib:

“Rusiya rüsumu nisbətən azaldıb. Amma bu ölkədə qərarlar dayanıqlı deyil, tez-tez dəyişir, gah azaldırlar, gah da artırırlar. Düzdür, Rusiya bu il həddindən artıq buğda istehsal edib. Təxminən 100 milyona tona yaxın təmizlənməmiş buğda istehsal olunub. Bu da satış imkanlarını genişləndirib”.

Vahid Məhərrəmov hesab edir ki, Rusiyanın istehsalı artıbsa, ixrac imkanları azalıbsa, bu o deməkdir ki, qiyməti kəskin şəkildə ucuzlaşdırmalıdır.

Bənzər yazılar

Back to top button