Hadisə

2 nəfərin öldüyü qəzada adı hallanan polkovnikin kimliyi məlum oldu

Bakıda iki gəncin ölümü ilə nəticələnən yol qəzasını törətməkdə ittiham olunan Fövqəladə Hallar Nazirliyinin polkovniki Əliyev Elşən Helmi oğlu ilə bağlı ziddiyyətli məlumarlar yayılıb.

Məlumata görə, qəzadan sonra açılan cinayət işində və digər məlumatlarda “Range Rover” markalı avtomobilin 1960-cı il təvəllüdlü Beytulla Babayev tərəfindən idarə edildiyi qeyd edilir.

Qeyd edək ki, hadisə nəticəsində “KİA”da olan 2 nəfər gənc: Göygöl sakinləri 2002-ci il təvəllüdlü Süleymanlı Ayxan Nizami oğlu və 1996-cı il təvəllüdlü Zülfüqarov Zülfüqar Elçin oğlu həlak olublar, digər gənc 1997-ci il təvəllüdlü Məhərrəmov Arif Rəşid oğlu isə ağır yaralanıb.

Hadisədən sonra gənclərin öldüyü avtomobildə olan 40 min dollar oğurlanıb. Daha sonra oğurluq etmiş Nardaran qəsəbə sakinləri Mirzəhəsən Kazımov və Vüqar Əsgərov müəyyən olunaraq saxlanılıblar.

Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib ki, nazirlikdə Əliyev Elşən Helmi oğlu adlı şəxs işləmir: “Fövqəladə Hallar Nazirliyinin strukturlarında belə bir şəxs fəaliyyət göstərmir”.

Qaynarinfo-nun əldə etdiyi məlumata görə, qəzada adı hallanan polkovnik Azərbaycanın Ukraynadakı sabiq səfiri Tələt Əliyevin qardaşı oğludur.

Qeyd edək ki, Tələt Əliyev bir müddət əvvəl axtarışa verilib. Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) yaydığı məlumata görə, 79 yaşlı diplomat Cinayət Məcəlləsinin 179-cu maddəsi (mənimsəmə və ya israf etmə) üzrə təqsirləndirilir.

Tələt Müseyib oğlu Əliyev 1942-ci ildə Naxçıvan şəhərində anadan olub. O, 2001-2010-cu illərdə Azərbaycanın Ukraynadakı səfiri vəzifəsində çalışıb. T.Əliyev eyni zamanda 2002-2006-cı illərdə Azərbaycanın Belarus və Moldovada da səfiri işləyib.

Bənzər yazılar

Back to top button