İdman

“Mən “Real”ın təklifindən imtina etmişəm” – Pires Mbappeni harada görmək istəyir?

London “Arsenal”ının və Fransa millisinin sabiq futbolçusu Rober Pires PSJ-nin ulduz hücumçusu Kilian Mbappedən danışıb.

Fanat.az xəbər verir ki, “Mirror” onun dediklərini belə çatdırıb:

“Mbappenin nə qərar verəcəyini bilmirəm, amma mən öz dövrümdə “Real Madrid”in təklifindən imtina etmişəm. Həmin vaxt iki başqa variantım var idi: “Arsenal” və “Yuventus”. Əlbəttə, bu təkliflər olmasaydı, “Real”a keçəcəkdim.

Açığı, mən Mbappeni “Liverpul”da görmək istəyərdim. “Liverpul”da əsl ailə ab-havası var, əlavə təzyiqlər futbolçuya problem yaratmır. Həm də Salahla Mbappe birlikdə böyük işlər görə bilərlər. Fikrimcə, Kilian “Real”a “yox” deyə bilərdi”.

Xatırladaq ki, daha öncə Avropa mətbuatında Mbappenin artıq “Real”la müddəti 2029-cu ilə qədər nəzərdə tutulan müqavilə bağladığı barədə məlumatlar yayılıb.

Bənzər yazılar

Bunu da oxu
Close
Back to top button