Dünya

Rusiya və Ukrayna qaz tranziti ilə bağlı iddialardan imtina etdi

Rusiya və Ukrayna yanvarın 1-dən qarşılıqlı iddialarını geri götürməyə və arbitraj məhkəməsinin iddiası ilə əmlaklara tətbiq edilmiş həbsin götürülüməsini ləğv etməyə razılıq verib.

Qaynarinfo xəbər verir ki, Rusiya ilə Ukraynanın nəhayət Minskdə razılığa gəlməsi haqda məlumatı Novak açıqlayıb. Artıq nazirlik səviyyəsində əlavə qərarlar lazım olmayacaq. İndi “Naftoqaz” və “Qazprom” müvafiq sənədləri imzalayırlar.

Novak vurğulayıb ki, heç kim “Qazprom” və “Naftoqaz” arasındakı tranzit sazişinə dəyişikliklər etmək niyyətində deyil. Eyni zamanda, yanacaq tranzitinin yeni kommersiya şərtləri həm Rusiya, həm də Ukrayna üçün kommersiya baxımından faydalı olacaq.

Razılaşmaya əsasən, 2020-ci ildə tranzit üçün 65 milyard kubmetr, 2021–2024-cü illərdə isə 40 kubmetr qaz sifariş ediləcək. “Qazprom” Stokholm arbitrajının qərarına əsasən, Ukraynaya 2,9 milyard dollar ödəyəcək, “Naftoqaz” isə 7.4 milyard dollar məbləğində iddiasından imtina edir.

Bənzər yazılar

Back to top button