İdman

Kevin De Bröyneni milliyə çağırmadılar – Tedesko səbəbi açıqladı

Belçika millisinin baş məşqçisi Domeniko Tedesko “Mançester Siti”nin yarımmüdafiəçisi Kevin De Bröyneni yığmaya çağırmayıb.

Fanat.az sözügedən yığmanın mətbuat xidmətinə istinadən xəbər verir ki, Tedesko Kevini zədə səbəbindən siyahıdan kənarda qoyub.

38 yaşlı mütəxəssis vəziyyətə belə aydınlıq gətirib: “Son oyunlarda Kevinin qasıq nahiyəsində problemlər olub. Ona vaxt vermək, bərpa prosesini geridə qoymasına şərait yaratmaq və AÇ-2024-ə daha yaxşı hazırlaşmasına yardımçı olmaq istədik”.

Belçika seçməsi martın 23-də İrlandiya, 26-da isə İngiltərə yığmaları ilə yoldaşlıq görüşləri keçirəcək.

De Bröyne cari mövsümün ilk yarısında ciddi zədə üzündən “Mançester Siti”yə kömək edə bilməyib.

Bənzər yazılar

Back to top button