Siyasət

Münasibətlərin gərginləşməsi fonunda İran parlamentinin rəhbəri Bakıya gələcək

İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf Azərbaycana səfər edəcək.

Bu barədə Turan-a məlumat verən İran səfirliyindəki mənbə səfərin tarixini dəqiqləşdirməyib və yaxın vaxtlarda baş tutacağını qeyd edib.

Xatırladaq ki, ötən axşam iki ölkənin xarici işlər nazirləri arasında telefon danışığı olub.

İRNA agentliyinin məlumatına görə, İranın xarici işlər naziri “Qafqaz mübahisəsinin 3+3 formatında həlli”nə tərəfdar olduğunu bildirib. Bu o deməkdir ki, İran Bakı və Yerevan arasında danışıqların iştirakçısı olmaq istəyir.

Həmçinin Abdullahiyan “bölgədə xarici qüvvələrin olmasına” qarşı çıxıb, “bu, mübahisələri daha da çətinləşdirir”.

“İran Azərbaycanın təhlükəsizliyini öz təhlükəsizliyi hesab edir və regionda xarici qüvvələrin yerləşdirilməsinin əleyhinədir, bu, regionun təhlükəsizliyinə təhdid yaradır”, – İRNA Abdullahiyandan sitat gətirib.

Qeyd edək ki, son günlər İranın Azərbaycanla sərhəddə keçirdiyi hərbi təlimlər nəticəsində ikitərəfli münasibətlərdə gərginlik müşahidə olunur. Bu fonda İrandan Azərbaycanın ünvanına təhdidlər səslənib, həmçinin Tehranın Ermənistana silah göndərməsi barədə məlumatlar yayılıb.

Bənzər yazılar

Back to top button