CəmiyyətManşet

Mübariz Mənsimov növbəti gəmisinə şəhid Elvin Səfərovun adını verdi

Bu gün Vətən müharibəsinin qəhrəmanlarından olan Azərbaycan Ordusunun Hərbi Dəniz Qüvvələrinin xüsusi təyinatlı qüvvələrinin miçmanı, şəhid Elvin Səfərovun anım günüdür.

AzToday.az xəbər verir ki, “Palmali” şirkətlər qrupunun sahibi Mübariz Mənsimov şəhidimizin anım günündə qardaşı Ramin Səfərova zəng edərək, başsağlığı verib. Həmçinin, Palmali donanmasının növbəti gəmisinə şəhid Elvin Səfərovun adının veriləcəyini bildirib.

Şəhid miçman Elvin Səfərov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamlarına əsasən ölümündən sonra “Qarabağ” ordeni, “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” və “Qubadlının azad olunmasına görə” medalları ilə təltif olunub.

Bənzər yazılar

Back to top button