Hadisə

Meyxana ifaçısı Rəşad Dağlı adam öldürməkdə şübhəli bilinərək saxlanılıb

Meyxana ifaçısı, Rəşad Dağlı kimi tanınan Rəşad Əmirov adam öldürməkdə şübhəli bilinərək saxlanılıb.

Qaradağ Rayon Prokurorluğunun verdiyi məlumata görə, noyabrın 9-da səhər saat 5 radələrində idarəyə 1979-cu il təvəllüdlü İsgəndər Mehdiyevin öldürüldüyü haqqında məlumat daxil olub.

Araşdırma zamanı Mehdiyevin 1984-cü il təvəllüdlü Rəşad Əmirov (Rəşad Dağlı) tərəfindən, şəxsi münasibətlər zəminində yaranan münaqişə zamanı çoxsaylı bıçaq xəsarəti yetirilməklə öldürüldüyünə dair əsaslı şübhələr yaranıb.

Faktla bağlı Azərbaycan Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi açılıb. Rəşad Əmirov şübhəli şəxs qismində saxlanılıb və istintaqa cəlb edilib.

Yerli KİV-lərin məlumatına görə, münaqişəyə Mehdiyevin Əmirovun ünvanına təhqiredici ifadələri səbəb olub.

Mehdiyev bundan əvvəl qanunsuz narkotik dövriyyəsində ittiham olunaraq mühakimə edilmişdi və bu yaxınlarda azadlığa çıxıb.

Bənzər yazılar

Back to top button