Digər

İranın Azərbaycandakı səfiri Twitter-də mollaların ziyanı haqqında poemadan bir sətir paylaşıb

İranın Azərbaycandakı səfiri Abbas Musəvi öz Twitter kanalında Lahıcda çəkdiyi videogörüntüləri paylaşıb. Burada mağazaya baş çəkən səfir Musəvi ilə görüşündə yerli sakin tat dilində şeirin bir sətrini oxuyub, bu sətrin mənası ondan ibarətdir ki, İran şirin Mazəndaranın və şirin Hindustanın ürəyidir. Bu videonun altında yazdığı yazıda İran səfiri qeyd edib ki, tat dili fars dilinin bir qoludur. “Dünya bir bədəndir, iran isə onun ürəyidir”, deyə səfir izah edib.

Videogörüntü İranın anti-Azərbaycan telekanalı olan “Səhər”də nümayiş olunub, kanal bunu Azərbaycanın İrandakı səfirinin tvitinə cavab adlandırıb.

Bir müddət əvvəl İran prezidenti Rəisi Qafqazın tarixi İranın bir hissəsi olduğunu bəyan etmişdi.

Siyasi şərhçilər İran səfirinin tvitini Azərbaycanın İrandakı səfiri Əli Əlizadənin tvitinə özünəməxsus cavab adlandırıblar. Əlizadə 2022-ci il noyabrın 6-da Təbrizin gecə görünüşünü əks etdirən fotoşəklin altında belə yazıb: “Təbriz gecələri də gözəldir”. Azərbaycan səfirinin bu tvitlə Təbrizin və bütünlükdə şimali İranın Azərbaycan tarixini vurğuladığı hesab olunurdu.

Bakıda İran ədəbiyyatını bilən mütəxəssislər İran səfirinin tvitindəki bu sətrin Məşrutə dövrü İran şairi İyrəc Mirzənin (1874-1926) poeiyasından götürüldüyünü bildiriblər. Amma videogörüntüdə İrana ziyan vuran mollaların və müftilərin zərərindən yazan şair Mirzənin şeirinin davamından sitat gətirilmir.

Hazırda İranda gənclər İ.Mirzənin 100 il əvvəl dediyi sözlərin aktuallığını təsdiq edərək, İİR-də klerikal rejimə qarşı etiraz edirlər. (Turan)

Bənzər yazılar

Back to top button